AŞPA-nın prezidenti Azərbaycana səfərə gəlib

AŞPA-nın prezidenti Azərbaycana səfərə gəlib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Jan-Klod Minyon mayın 25-də Azərbaycana səfərə gəlib.

SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfərin məqsədi Azərbaycan ilə AŞPA arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparmaqdır.

Səfər çərçivəsində AŞPA-nın prezidentinin Milli Məclisdə, Xarici İşlər Nazirliyində bir sıra görüşləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə