Ələsgər Məmmədli: “Azərbaycan “Diffamasiya haqqında” qanunu qəbul etməyə hazırdır”
"Bununla bağlı cəmiyyət qarşısında öhdəliyimiz var. Digər öhdəliyimiz isə Avropa Məhkəməsinin yuridistikasındakı qərarların qəbuludur". SİA-nın məlumatına görə, bunu Media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli "Diffamasiya haqqında qanunvericiliyin inkişafı perspektivlərinə vətəndaş cəmiyyətinin baxışı" mövzusunda çıxışında deyib. O, tədbirdə səsləndirilmiş "diffamasiya qanunu ilə bağlı heç bir beynəlxalq təşkilat qarşısında öhdəliimiz yoxdur" fikrinə işarə edərək deyib ki, bu, heç də belə deyil.
Ə.Məmmədli Cinayət Məcəlləsindəki 147 və 148-ci maddələrinin son illərdə tətbiq olunmaması, bunun çəkindirici xarakter daşıması fikri ilə də razılaşmayıb: "Qanun heç də həmişə çəkindirici olmur. Sadəcə diaqnozu düzgün qoymaq lazımdır. Cəmiyyət qarşısında qınaqla məsələni daha asan həll etmək olar. Fransa qanunvericiliyində böhtan və təhqirlə bağlı maddə olsa da, onlar son 30 ildə bu maddələri heç kəsə tətbiq etməyiblər. Buna baxmayaraq, ATƏT və digər təşkilatlar bunu pis nümunə kimi tənqid edir. Hesab edirəm ki, Azərbaycan "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB