Rusiya ilə delimitasiya məsələsəində razılığa gəlinib

Rusiya ilə delimitasiya məsələsəində razılığa gəlinib

"Rusiya ilə delimitasiya məsələsində razılığa gəlinib". SİA-nın Qərb bürosunun verdiyi məlumata görə, bu barədə Gəncə şəhərində səfərdə olan Azərbaycan Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib. Komitə sədrinin sözlərinə görə, Azərbaycan və Rusiya prezidentləri arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsi artıq yekunlaşıb: "Hazırda demarkasiya məsələləri ətrafında müzakirələr davam etdirilir. May ayının 13-16-sı bizim nümayəndə heyəti Moskva şəhərində olub və bəzi məsələləri razılaşdırıb. Qərara alınıb ki, növbəti görüş Azərbaycanda keçirilsin".

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə