Elçin Mirzəbəyli: “İsa Qəmbər partiyanın sədrliyindən getməli idi” AÇIQLAMA

Elçin Mirzəbəyli: “İsa Qəmbər partiyanın sədrliyindən getməli idi” AÇIQLAMA

"Əgər qurultay keçirilsə idi, İsa Qəmbər partiyanın sədrliyindən getməli idi. Birmənalı olaraq, Müsavat Partiyasının nizamnaməsi bunu tələb edir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli Müsavat Partiyasının başqanı İsa Qəmbərin qurultay keçirilmədən özünün prezident seçkilərinə vahid namizəd kimi görməsinə münasibət bildirərkən deyib.

E.Mirzəbəylinin sözlərinə görə, İsa Qəmbərin Müsavat Partiyasının qurultay keçirməməsinin məqsədi qətiyyən məkanla bağlı deyil: "Əgər qurultay keçirilsə idi İ.Qəmbər partiyanın sədrliyindən getməli idi. Məhz bu proses baş verməsin deyə İ.Qəmbər sədrlikdə qalaraq namizədliyini irəli sürməsi üçün qurultay keçirilmədir. Bu baxımdan prosesin mahiyyəti açıq-aşkar göz qabağındadır. Əslində İ.Qəmbər davranışları ilə öz partiyasında qəbul edilən nizamnamə qaydalarına nə qədər zidd davrandığını, şəxsi maraqlarını partiyasının nizamnaməsindən üstün tutduğunu bir daha göstərdi. Bütövlükdə namizədliklərin irəli sürülməsində bu və ya digər şəxsin heç bir hüquqi əsası yoxdur. Çünki Seçki Məcəlləsinə uyğun olaraq, namizədliklərin irəli sürülməsi prosesi rəsmən seçkilər elan olunduqdan sonra başlaya bilər. Bildiyiniz kimi, seçkilər rəsmən elan olunmayıb. Bu baxımdan da indiki şəraitdə görülən bütün işlər yalnız şou xarakteri daşıyır".

Bütün xəbərlər Facebook səhifəmizdə