Ülvi Quliyev: “görünən dağa nə bələdçi..”

Ülvi Quliyev: “görünən dağa nə bələdçi..”

Millət vəkili Ülvi Quliyev Dövlət başçısı İlham Əliyevin Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən "10 ilin dövlət adamı" seçilməsinə münasibət bildirib.

Millət vəkili bildirib ki, Cənab Prezidentin həqiqətən də 10 il ərzində gördüyü işlər göz qabağındadır: "Ataların yaxşı sözü var: görünən dağa nə bələdçi!? Cənab Prezidentin gündəlik fəaliyyəti, həyata keçirdiyi mütərəqqi proqramlar, reallaşdırdığı dünyamiqyaslı layihələr göz qabağındadır. İstər iqtisadi, istər siyasi sahədə Cənab Prezidentin atdığı addımlar müqayisəolunmaz dərəcədə böyükdür.

Azərbaycanda problemlərin olduğunu və bu problemlərin həlli üçün dövlət başçısı tərəfindən mütamadi atılan addımların əhəmiyyətindən danışan millət vəkili Ü. Quliyev qeyd etdi ki, öləmizdəki bu inkişafı, bu irəliləyişi görmək lazımdır: "Mən həmişə demişəm ki, ölkədə problemlər var, bu problemlər səsləndirilir, deyilir. Biz də istəyirik ki, tezliklə həll olunsun. Amma bu problemlərin həll olunması bir günün ərzində baş tutmur. Bunlar hamısı proqramlar vasitəsilə reallaşır.

Ü. Quliyev onu da bildirdi ki, elə bir sahə yoxdur ki, o sahəyə aid olan dövlət proqramı qəbul olunmasın və o sahəyə Prezidentin diqqəti olmasın: "Həqiqətən də araşdırma aparılsa şahidi olarıq ki, 10 il müddətində heç bir ölkədə bu qədər inkişafa, tərəqqiyə nail olunmayıb. Tanınmış jurnalın belə bir seçimi və Cənab Prezidentin "10 ilin dövlət adamı" seçilməsi olduqca təqdirəlayiqdir. Jurnalda da qeyd edildiyi kimi, Azərbaycan xalqı Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir və onu dəstəkləyir."

Bütün xəbərlər Facebook səhifəmizdə