Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı Ofisinin rəhbəri Gəncə şəhərində səfərdədir. ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay şəhər rəhbərliyi ilə görüşüb. SİA-nın bölgə müxbirinin məlumatına görə, avropalı diplomatlar Gənc şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb. E.Vəliyev qonaqlara Gəncədə həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Görüşdə həmçinin Gəncədə insan hüquqlarının vəziyyəti, vətəndaşların müraciət və təkliflərinin yerinə yetirilməsi kimi məsələlər ətrafında müzakirələr aparılıb. ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay Azərbaycanın demokratik dövlət olduğunu qeyd edib.
İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB