Atəşkəs rejimi pozulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli və Tərtər rayonunun Nəmirli kəndləri yaxınlıgında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə