Mayın 13-də YAP Lənkəran şəhər təşkilatının VIII konfransı keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə,konfransdan əvvəl tədbir iştirakçıları Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzində keçirilən konfransda YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov məruzə edib. Bildirib ki, YAP Lənkəran şəhər təşkilatının üzvlərinin hazırda 10 min 111 nəfəri birləşdirir, partiya üzvləri ümumrayon tədbirlərində fəal iştirak edir və daha sonra İ.Dadaşov bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinə hazırlıq məsələlərindən, partiya üzvləri arasında aparılan iş bölgüsündən və s. məsələlərdən danışıb.
YAP-ın İdarə Heyətinin üzvü Kərim Kərimov çıxışında Ulu Öndər Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın 90 illik yubileylərinin respublikamızda təntənə ilə qeyd edilməsindən, 1980-1983-cü illərdə Bakı Kondisioner İstehsalat Birliyində işlədiyi müddətdə Akademik Zərifə Əliyevanın rəhbərliyi altında zavodda Göz Xəstəlikləri İnstitutunun fəaliyyət göstərməsindən, Zərifə xanımla və Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrindən ətraflı bəhs edib. Kərim Kərimov hazırda YAP-ın üzvlərinin 600 mini ötüb keçdiyini, partiya fəallarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynadığını, regionların sosial-iqtisadi inkişafının sürətlə davam etdiyini, bunun Lənkəranın timsalında daha aydın göründüyünü önə çəkərək, xüsusən də Lənkəranda Dövlət Bayrağı Meydanı və yenidən qurulmuş Heydər Əliyev Xatirə parkını yüksək qiymətləndirib. O həmçinin YAP Lənkəran şəhər təşkilatının üzvlərinin sayına görə öncül yerlərdən birini tutduğunu diqqətə çatdırıb, partiya fəallarına ağsaqqal məsləhət və tövsiyələrini verərək onların qarşıdan gələn prezident seçkilərində yenidən İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərinə əminliyini ifadə edib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxışında bildirib ki, qazanılan qələbələrimizin rəhni Ulu Öndərimiz Heydər Əliyevin ideyalarında, siyasi kursunda, Ümummilli Liderin yaratdığı Yeni Azərbaycan Partiyasındadır. "Bizim bir məqsədimiz var – siyasi mübarizədə qalib gəlmək üçün növbəti prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləməli və müdafiə etməliyik",-deyə millət vəkili əlavə edib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında işlədiyi 11 il ərzində Ulu Öndərlə bağlı xatirələrindən danışıb, onun tapşırıq və tövsiyələrinin həyatında mühüm rol oynadığını xüsusi vurğulayıb, bu gün ölkəmizdə cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dünya dövlətləri arasında söz sahibi olmasından, ölkə vətəndaşlarının sosial rifahının gündən-günə yaxşılaşmasından, bu yeniləşmənin, müasirləşmənin əhalinin ürəyincə olmasından, YAP üzvlərinin arasında monolit birliyindən, partiya üzvlərinin boy sırasının sürətlə artmasından söhbət açaraq Lənkəran rayon təşkilatının respublikanın ən aparıcı təşkilatlarından biri olacağına əmin olduğunu söyləyib.
Sonda YAP-ın V qurultayına 11 nəfərdən ibarət nümayəndə heyəti seçilib.
Konfransın işində YAP Mərkəzi Aparatının məsul işçisi Mirkamal Seyidov iştirak edib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB