Seymur Orucov: “Azərbaycan polisi MDB məkanında, dünyada nümunəvidir” AÇIQLAMA

Seymur Orucov: “Azərbaycan polisi MDB məkanında, dünyada nümunəvidir” AÇIQLAMA

"Mən Azərbaycan vətəndaşı, ümumiyyətlə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər birliyinin sədri olaraq bu cür işləri ciddi şəkildə pisləyirəm. Hesab edirəm ki, bu hərəkətə yol verənlər layiqli cəzalarını almalıdırlar". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Gənclər birliyinin sədri Seymur Orucov müxalifət tərəfindən qızışdırılan bəzi insanların Azərbaycan polisinə qarşı qanunazidd hərəkətlərinə münasibət bildirərkən deyib.

YAP GB sədrinin sözlərinə görə, bu gün Azərbaycanın Daxili işlər orqanları, polis əməkdaşları Azərbaycandakı ictimai asayişin bərpası üçün əllərindən gələni əsirgəmirlər: "Hətta düşünürəm ki, Azərbaycan polisinin peşəkarlığı bütün dünyaya nümunə olmalıdır. Narkotiklərlə, qadın alveri ilə mübarizədə, ümumiyyətlə istər kiçik, istərsə də böyük həcmli cinayət işlərinin üstünün açılmasında Azərbaycan polisi hər zaman nümunəvi fəaliyyəti ilə seçilib. Bunu, BMT-nin statistikasına, eləcə də digər təşkilatların məlumatlarına diqqət yetirdikdə aydın görmək mümkündür. Bütün bunlarla yanaşı, vətəndaşlarla rəftarına görə də Azərbaycan polisi dünyada əsl nümunəvi polis siması yaradıb. Hamıya məlumdur ki, bu insanlar bayram, gecə-gündüz, isti-soyuq demədən hər zaman iş başında öz peşə fəaliyyətlərini yerinə yetirirlər. Azərbaycan polisi polis sistemində, MDB məkanında, dünyada nümunəvi bir polisdir. Onların hər zaman belə qalmalarını arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə