"Ən yaxın qonşumuz və bir çox tarixi qaynaqlara bağlanan İranla münasibətlərimiz çox önəmlidir. Azərbaycan İrana qarşı yürütdüyü siyasətdə hər zaman münasibətləri nəzərə alıb. Eynilə ölkəmiz qarşı tərəfdən də adekvat siyasət aparılmasını gözləyir". Bunu SİA-ya Milli Məclisin Sədr müavini Bahar Muradova son zamanlar İranın Azərbaycana qarşı yürütdüyü siyasətin təhlükəli məcraya yönəldilməsinə dair səslənən fikirlərə münasibət bildirərkən deyib.
Vitse-spikerin sözlərinə görə, bir sıra xarici dairələr İran-Azərbaycan münasibətlərinin bu məcrada davam etməsini istəmirlər və beləcə, bu kimi çıxışlara yol verirlər: "Hesab edirəm ki, bu dairələr rəsmi deyil. Bunlar adıçəkilən ölkədə və ondan kənarda olan məhdud dairələr tərəfindən ortalığa atılan fikirlərdir. Ancaq təəssüf doğurucu hal odur ki, bu fikirlərin haradan qaynaqlandığını bilə-bilə İranın rəsmi dairələri üst-üstə düşən məqamlarla çıxış edirlər. Buna baxmayaraq, İranın rəsmi dairlərinin siyasi fəhmi var ki, onlar bütün bunların üzərindən keçməyi bacarsınlar. Yəni onlar Azərbaycanla münasibətlərini hər iki tərəfin maraqlarına uyğun reallaşdıra bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB