Politoloq: “İranı çıxmaq şərtilə, qalan 3 dövlətdə aktivlik artıb”

Politoloq: “İranı çıxmaq şərtilə, qalan 3 dövlətdə aktivlik artıb”

" "Erməni soyqrımı"nın 98-ci ildönümü əvvəlki illərlə müqayisədə zəif qeyd olunub". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Məzkəzinin sədri Mübariz Əhmədoğlu bugün 2013-cü ilin aprel ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, "Soyqırımı"nın ənənəvi güclü qeyd olunduğu dövlətlərdə - Rusiya, ABŞ və Fransada tədbirlər demək olar ki keçirilmədi: "Hətta İrəvanın özündə məşəl yürüşündə iştirak edənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Erməni soyqrımının qeyd olunmasında aktivlik cəmi 4 dövlətdə İran, İsrail, Türkiyə və Gürcüstanda qeyd olunub. İranı çıxmaq şərtilə, qalan 3 dövlətdə aktivlik artıb".

Bütün xəbərlər Facebook səhifəmizdə