Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov millət vəkili Etibar Hüseynovun İlqar adlı köməkçisinin korrupsiya faktından həbs olunması ilə bağlı məsələni təkzib edib. SİA-nın məsələ ilə bağlı sorğusuna cavabında E. Sultanov bildirib ki, elə bir şəxs Baş Prokurorluğa gətirilməyib.
Qeyd edək ki, bir sıra müxalifət mətbuatında bildirilir ki, millət vəkilinin köməkçisi İlqar bir neçə vətəndaşı aldadaraq, dələduzluq yolu ilə onlardan külli miqdarda pul alıb. Belə ki, bu işdə köməkçisi olduğu deputat Etibar Hüseynovun adını çəkərək, onun vasitəsi ilə vətəndaşların dövlət qurumlarına aid məsələlərinə həll edəcəyinə dair vədlər verən İlqar bu vədinə əməl etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB