Milli Məclisdə Miqrasiya Məcəlləsi müzakirə olunub

Milli Məclisdə Miqrasiya Məcəlləsi müzakirə olunub

Bu gün Milli Məclisdə Miqrasiya Məcəlləsi müzakirə olunub. SİA-nın məlumatına görə, Dövlət Miqrasiya Xidməti rəsinin müavini Pərviz Musayev deyib ki, Azərbaycan dövlətinin iqtisadi inkişafı, ölkəmizdəki möhkəm ictimai-siyasi sabitlik xarici ölkə vətəndaşlarının Azərbaycana marağının artmasına səbəb olub: "Bu amillər, eləcə də miqrantların Azərbaycana axınınn güclənməsinə şərait yaradıb. Azərbaycan Prezidenti bütün bunları və digər amilləri nəzərə alaraq Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılması barədə qərar qəbul edib. Hazırda DMX-nin fəaliyyəti müyyən olunmuş əsasnamə və normativ hüquqi aktlarla tənzimlənir. Yeni hazırlanmış məcəllə bu sahədəki bütün münasibətləri tənzimləyəcək".

Sonra Məcəllə güniş müzakirə olunub, rəy və təkliflər irəli sürülüb.

İclasda "Məhkəmələr və hakimlər haqqında", "İcra haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Avtomobil yolları haqqında", eləcə də Cinayət, Cinayət-Prosessual, İnzibatə Xətalar məcəllələrinə təklif olunan əlavələr və dəyişikliklər müzakirə olunub.

Sonda qanun layihələri təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə