Prezident həbs olundu

Bosniya-Hersoqovinanın prezidenti həbs olunub. SİA-nın məlumatına görə, Bosniya-Hersoqovinada iki nəfər də daxil olmaqla, Prezident Şurasının xorvat əslli başçısı Zivko Budimir həbs olunub. Xüsusi təyinatlılar tərəfindən həbs olunan ölkə prezidentin sarayında da axtarış aparılıb.

Qeyd edək ki, Bosniya-Hersoqovinada xorvatların prezidenti Zivko Budimir məhkumların əfv olunması zamanı rüşvət almaqda ittiham edilib. O, bu günlərdə əfv üçün müraciət edən 435 məhbusdan 162-sinə müsbət cavab verib.

Bütün xəbərlər Facebook səhifəmizdə