"Erməni soyqırımı tamamilə qondarma və heç bir obyektiv, tarixi əsası olmayan bir məsələdir". SİA-nın məlumatına görə, bunu jurnsalitlərə Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov ermilərin dırnaqarası qondarma soyqırımı gününü qeyd etməsinə münasibət bildirərkən deyib.
İcra katibinin sözlərinə görə, ermənilərin dünyada aparmaq istədiyi qondarma soyqırımı təbliğatı Azərbaycan və Türkiyənin apardığı obyektiv tarixi həqiqətlərə söykənən təbliğat əsasında öz dayaqlarını itirməkdədir: "Ermənilərin yalançı soyqırımı təbliğatına qarşı aparacağımız obyektiv və ədalətli işlər ondan ibarət ola bilər ki, biz bütün dünyaya, beynəlxalq təşkilatlara, hər bir ölkəyə bu soyqırımının əsassız olduğunu sübut edək. Beləcə, bunun Azərbaycan və Türkiyəyə qarşı çevrilmiş bir təbliğat oldunu əsaslandıraq. Bütövlükdə bu təbliğatın kökündə Azərbaycan və Türkiyəyə qarşı nifrətin dayandığı faktını və həqiqətini ortaya qoya bilək. Bundan sonrakı illərdə də biz bu fəaliyyətimizi davam etdirməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB