Ölkə başçısı Biləcəri qəsəbəsindəki parkın açılışında iştirak edib

Ölkə başçısı Biləcəri qəsəbəsindəki parkın açılışında iştirak edib

Prezident İlham Əliyev Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. SİA-nın məlumatına görə, dövlət başçısı parkın ərazisində inşa edilmiş Mədəniyyət Mərkəzində yaradılmış şəraitlə tanış olub. Ölkə başçısına məlumat verildi ki, parkda əsaslı təmir işləri dövlətimizin başçısının 2011-ci il 13 aprel tarixli Sərəncamı əsasında həyata keçirilib. Park uzun müddət baxımsız vəziyyətdə olduğundan yararsız hala düşmüş, burada qanunsuz tikililər, iaşə obyektləri inşa edilib. Təmir işləri zamanı qanunsuz tikililər sökülüb. Ərazisi 4 hektar olan parkda 20 min kvadratmetrlik sahədə yaşıllıq salınmış, müasir işıqlandırma sistemi quraşdırılmış, 40-a yaxın oturacaq qoyulmuş, fəvvarə, mini futbol meydançası, istirahət guşələri yaradılmışdır. Parkın ətrafındakı evlərin və iaşə obyektlərinin dam örtükləri, fasadı yenilənib.

Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşdü.

Sakinlər adından çıxış edən Yaqub Vəliyev dövlətimizin başçısına minnətdarlığını çatdırdı.

Sonda xatirə şəkli çəkdirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə