Milli Məclisdə İTV Yayım Şurası yeni üzvlərinin müzakirəsi davam edir. SİA-nın məlumatına görə, müzakirələr zamanı çıxış edən deputat Etibar Hüseynov artıq 8 ildir İTV-də Qarabağın işğalına aid nümayiş etdirilən eyni sosial çarxın efirdən çıxarılmasını istəyib: "Televiziyada adamın gözü sataşanda elə bilirsən ki, Suriyadan xəbərlər yayılır. Pafosu, populistliyi kənara qoyaq. Yəni biz sadəlövhcəsinə inanırıq ki, dünya bu qədər anlaqsızdır, bilmir ki, Azərbaycan hansı meridianda yerləşir, işğalçı kimdir? Məncə, bu gülünc görünür. Əgər 8 ildə bu çarxlar göstərilibsə və dünyaya çatmayıbsa, 18 il də göstərilsə, çatmayacaq".
E. Hüseynov bu cür təbliğatın zərərli tərəfindən da danışdı: "Biz bütün görüşlərdə iş adamlarına deyirik ki, ölkəmizdə sabitlikdir, bura gəlin, sərmayə qoyun. Amma bir əcnəbi gəlib bu çarxı, yəni yanan, ölən adamları görəndə yatırım qoyub iş görə bilərmi?" E. Hüseynov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sözügedən sosial çarxı Azərbaycan ordusunun qüdrətinə dair video-çarxla əvəzləməyi məsləhət gördü.
Millət vəkili Asim Mollazadə isə telekanladakı verilişlərin uzunçuluğundan narazılıq edib. O qeyd edib ki, müasir zamanda TV kanallar texnologiyanı yüksək səviyyəyə qaldırmalıdır: "Azərbaycan televiziyalarının görüntüləri 50-60-ci illərə aiddir. Bilirəm ki, İTV-nin gözəl texnikası var. Amma nəzərə almaq lazımdır ki, uzun-uzadı proqramlar müasir informasiya mühitində qəbuledilməzdir. Ümumi vəziyyət acınacaqlıdır. Bu vəziyyəti sürətə və kökündən dəyişdirməyə ehtiyac var. Öz üzərimizdə ciddi işləməliyik, əks təqdirdə bu rəqabətdə uduzmuş olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB