Aprelin 19-da gecə saat 03:02 radələrində Naxçıvanda yerləşən N saylı hərbi hissədə ölüm hadisəsi baş verib. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, hərbi hissənin əsgəri Şahverdiyev Rafael Əli oğlunun tabeliyində olan silahdan açılan atəş nəticəsində, baş leytenant Məmmədov Elşən Mübariz oğlu dünyasını dəyişib.
Qeyd edək ki, fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB