Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də Hacıqabul rayonuna səfərə gəlib. SİA-nın məlumatına görə, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Prezident İlham Əliyevə məlumat verərək bildirib ki, abidənin yerləşdiyi Heydər Əliyev parkında 2011-ci ilin sentyabrından yenidənqurma işlərinə başlanılıb. Ümumi sahəsi hektar yarım olan parkda rayon sakinlərinin istirahəti üçün geniş imkanlar yaradılmışdır. Burada uşaq əyləncə və istirahət mərkəzi, 320 yerlik yay teatrı və kafe inşa edilib. Parkda müasir işıqlandırma sistemi quraşdırılmış, yaşıllıq zolaqları salınmışdır. Bura rayon sakinləri ilə yanaşı, qonaqların da istirahət üçün üz tutduqları ən sevimli məkanlardan biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB