ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Andrey Deşitsa Bakıya gəlib. SİA-ya verilən məlumata görə, qonağın müdafiə naziri Səfər Əbiyev, xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının nümayəndələri ilə görüşləri planlaşdırılır.
A.Deşitsa Bakıda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının mövcud durumunu, ATƏT sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranın Cənubi Qafqaz regionuna səfərinə hazırlıq məsələlərini müzakirə edəcək.
Xüsusi nümayəndə Azərbaycandan sonra Gürcüstana və Ermənistana səfər edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB