Xoşbəxt Yusifzadə: “Əgər biz 40-50 il bundan əvvələ nəzər salsaq görərik ki,..”
"Əgər biz 40-50 il bundan əvvələ nəzər salsaq görərik ki, Bakıda nə ağac, nə də yaşıllıq var idi. İndi görün paytaxt Bakı necə yaşıllıqlara bürünüb"? SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
Akademikin sözlərinə görə, dahi şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyi münasibətilə ölkəmizin bütün idarə və müəssisələrdə tədbirlər həyata keçirilir, yubileyə təmtəraqlı hazırlıq işləri görülür: "ARDNŞ da bu yubileyə tam ciddi hazırlaşır və bununla əlaqədar bir sıra tədbirləri reallaşdırmağı planlaşdırır. Bu tədbirlərdən biri də məhz iməcliklərin təşkilidir. Məlumdur ki, həm Ulu öndər Heydər Əliyev, həm də bu kursun layiqli davamçısı cənab prezident İlham Əliyev hər zaman ölkədə abadlıq, quruculuq işlərinə, yaşıllıqların salınmasına böyük dəstək olublar. Hər bir insan bu ağaclara, yaşıllıqlara baxarkən sanki cavanlıq hissini yaşayır. Bu gün ARDNŞ da fəxr edir ki, bu yaşıllıqların, çirklənmiş ərazilərdə ağacların əkilməsində, iməcliklərin təşkilində onların da əlləri var. Biz gələcəkdə də bu kimi işlərimizi mütəmadi olaraq davam etdirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB