Bu gün YAP Gəncə şəhər təşkilatında ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə keçirilən toplantıda partiyanın ümumrespublika müşavirəsinin tələblərindən irəli gələn mühüm vəzifələr müzakirə olunub. SİA-nın verdiyi məlumata görə, şəhər təşkilatının sədri İsrafil İsmayılov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin müdrik siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal, modern inkişaf yolundadır: "Ölkənin bütün regionları geniş abadlıq-quruculuq işləri aparılaraq müasir görkəm alıb. İnsanların rifah halı gündən-günə yaxşılaşır. Qədim mədəniyyət mərkəzi olan doğma Gəncəmizdə bu sürətli inkişafın bəhrələri qəlbimizi qürur hissi ilə doldurur. Şəhərimizdə infrastruktur layihələrin, beynəlxalq tədbirlərin və festivalların həyata keçirilməsi, hər bir sahədə baş verən yeniliklər, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, tarixi abidələrin əsaslı təmiri və yenidən qurulması, prospekt, park və xiyabanların salınması, istehsal müəssisələrinin genişləndirilməsi, yenilərinin tikilməsi insanların firavan həyatını şərtləndirir, onlar daha xoşbəxt gələcəyimizə böyük ümidlər bəsləyirlər. Bütün bunlar ölkə başçısı İlham Əliyevin Gəncəyə və gəncəlilərə diqqətinin, qayğısının, möhtərəm Prezidentimizin göstəriş və tapşırıqlarını yüksək təşkiatçılıqla yerinə yetirən şəhər rəhbərliyinin gərgin əməyinin, ciddi səylərinin nəticəsidir. Gəncəlilər hələ də dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 870 illik yubileyinin bütün dünyanı heyrətə gətirən möhtəşəm tədbirlərinin qürurlu təəssüratlarını yaşayır. Ölkə rəhbərliyinin müvafiq sərəncamlarına əsasən şəhərimiz ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə və Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə hazırlaşır. Şəhərimizin adına şərəf gətirən dəyərli tədbirlər və işlər hər bir gəncəlidə böyük coşqu, əzmkarlıq hissi və xoş ovqat yaradır".
Təşkilat sədri qeyd edib ki, prezident İlham Əliyevin növbəti beş ildə Azərbaycana rəhbərlik etməsi yenə də Azərbaycanın davamlı inkişafının təmin edilməsi, əmin-amanlığın qorunub saxlanması, iqtisadı inkişafın dayanıqlılığı olacaq, insanların rifahı daha da yaxşılaşacaq.
Şəhər təşkilatının sədri partiya fəallarının üzərinə çox məsul və şərəfli vəzifələr düşdüyünü vurğulayıb. Onu da qeyd edib ki, xalqımızın böyük əksəriyyətinin səsi ilə bütün seçkilərdə uğur qazanan və qələbələr partiyası imicini layiqincə doğruldan Yeni Azərbaycan Partiyası növbəti Prezident seçkilərində də müvəffəqiyyət qazanacaqdır.
Natiq bildirib ki, şəhər təşkilatının ətrafında birləşən pariya fəalları əvvəlki seçki kampaniyaları əsasında cox dəyərli təcrübə qazanıb və müvafiq konsepsiyaya yiyələnib. Bununla belə, ciddi tələbkarlıq, məsuliyyət şəraitində qüvvəmizi ümumi məqsədə nail olmağa səfərbər etməliyik.
YAP ərazi ilk partiya təşkilatı sədrlərinin çıxışları dinlənilib, müəyyən məsələlər barədə fikir mübadiıləsi aparılıb və tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB