Millət vəkili seçicilərinin problemləri ilə maraqlanıb FOTO

Millət vəkili seçicilərinin problemləri ilə maraqlanıb FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) 25 saylı Nizami II Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva seçicilərilə görüşüb. Millət vəkili seçicilərinin müraciətlərinə əsasən, ayrı-ayrı ünvanlara baş çəkib, onların problemlərilə maraqlanıb və müvafiq orqanların köməkliyilə çatışmazlıqların aradan qaldırılmasına töhfəsini verib.

Daha sonra millət vəkili Sədaqət Vəliyeva fərdi müraciətlərə baxıb və seçicilərin problemlərinin vaxtında həll edilməsinə köməklik göstərəcəyinə söz verib.

Vətəndaşlar da bütün görülən işlərə və yaradılan şəraitə görə, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər və hər zaman Onu dəstəkləyəcəklərini əminliklə vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə