“Tarixin xalqımıza bəxş etdiyi görkəmli şəxsiyyət” FOTOLAR

Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçirilib
“Tarixin xalqımıza bəxş etdiyi görkəmli şəxsiyyət” FOTOLAR

Abşeron rayon Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə "Tarixin xalqımıza bəxş etdiyi görkəmli şəxsiyyət" mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri Yeni Azərbaycan Partiyası Abşeron Rayon təşkilatının sədri, Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecinin direktoru Bilman Vəliyev giriş sözü ilə açıb.

Daha sonra natiq Ümummilli lider Heydər Əliyevin Azərbaycanın tarixindəki misilsiz xidmətlərindən danışıb: "Dahi şəxsiyyət hər bir azərbaycanlının qəlbində dərin məhəbbət, tükənməz sevgi yaratmaqla yanaşı, Vətəni üçün də böyük işlər görüb. Azərbaycanı dünyaya tanıdan, ölkə iqtisadiyyatını ayağa qaldıran Ulu öndər respublikamızın bugünkü uğurlu inkişafının təməlini qoyub. Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev də bu siyasəti uğurla həyata keçirir".

Sonra millət vəkili Rafael Cəbrayılov və digər çıxışçılar Ulu öndərin həyat və fəaliyyətindən, xilaskarlıq və quruculuq missiyasından, Azərbaycanın Dövlət müstəqəlliyini qorunmasında göstərdiyi xıdmətlərdən danışıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul qoşulmuş gənclərə partiyanın üzvülük vəsiqələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə