İsrailin sabiq baş naziri Bakıya gəlir

İsrailin sabiq baş naziri Bakıya gəlir

İsrailin sabiq baş naziri Ehud Barak Bakıya gəlir. SİA-nın məlumatına görə, keçmiş yəhudi hökumət başçısı Ehud Barak 6-8 may tarixlərində Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə reallaşdırılacaq Cənubi Qafqaz Forumunda iştirak edəcək. Tədbir həmçinin İsgəndəriyyə Kitabxanası, YUNESKO-nun sabiq direktoru Federiko Mayor Zaragozanın rəhbərlik etdiyi "Fundacion de Pas" və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşdırılır.

Qeyd edək ki, 2005-ci ildə İsrailin "Ynet" xəbər agentliyinin apardığı sorğu nəticəsində dünyanın mövcud olmuş ən nüfuzlu 200 yəhudisindən biri seçilib. O, Fələstinlə sülh danışıqlarında Fələstinin ərazi bütövlüyünün tanınmasına cəhd edən yeganə İsrail baş naziri kimi də tanınır.

Bütün xəbərlər Facebook səhifəmizdə