"Əli Kərimli bu hərəkəti ilə uğursuzluqlarını ört basdır etməyə çalışır" MÜNASİBƏT

"Əli Kərimli bu hərəkəti ilə uğursuzluqlarını ört basdır etməyə çalışır" MÜNASİBƏT

"Sosial şəbəkələr günün tələbidir. Buna görə də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli gənclərimizin ən çox istifadə etdiyi "Facebook" sosial şəbəkəsinə müraciət edir. O, bu hərəkəti ilə neçə illik uğursuzluqlarını ört basdır etməyə çalışır. Buna görə də mümkün olan və olmayan bütün resurslardan istifadə etməyə cəhd göstərir. Lakin bunun ən pis tərəfi odur ki, gənclər üzərində oyunlar qurulur". Bunu SİA-ya açıqlamasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov deyib.

"Əli Kərimli keçən səfər belə bir bəyanat yaymışdı ki, Azərbaycan gənclərinin böyük əksəriyyəti onun tərəfindədir. Əgər onun ətrafında cəmi 20-30 nəfər gənc yığışırsa, o zaman hansı böyük əksəriyyət sözündən söhbət gedə bilər?! Yəqin bir neçə nəfərə güvənib belə bəyanatla çıxış edir. Gənclərimizi belə yalanlara uymamağa çağırıram. Çünki gənclərimiz üçün hər zaman gözəl şərait yaradılır. Üzümü onun ətrafında yığışan gənclərə tutub deyirəm ki, bu imkanlardan siz də istifadə edə bilərsiniz. Gənclik enerjilərini Əli Kərimlinin müxtəlif fikirlərinin təsiri altına düşərək başqa işlərlə sərf etməsinlər",- deyə sədr fikirlərinə əlavə edib.

Ş. İsmayılov onu da qeyd edib ki, gənclər təşkilatı olaraq hər zaman prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyirlər: "Dövlətimizin əleyhinə qarşı hər hansı bir addım atılarsa, o zaman bu məsələyə ciddi şəkildə etirazımızı lazımi səviyyədə bildirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə