Rauf Zeyni: “Azərbaycan gör nə qədər ciddi və güclü partnyordur ki,…” MÜNASİBƏT
"Davos İqtisadi forumunun paytaxt Bakıda keçirilməsi çox mühüm iqtisadi və beynəlxalq hadisədir. Çünki beynəlxalq tədbirlər, forumlar, o cümlədən Davos İqtisadi forumu kimi böyük tədbirlərin ölkəmizdə təşkili Azərbaycanın artan beynəlxalq nüfuzu, iqtisadi potensialından xəbər verir". Bunu SİA-ya Milli QHT Forumunun prezidenti Rauf Zeyni bu ilin aprel ayında Bakıda keçiriləcək Davos İqtisadi forumunun ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.
R.Zeyninin sözlərinə görə, bu kimi forumların Bakıda keçirilməsindən yararlanmalı və səmərəli istifadə etmək lazımdır: "Fikir verin, Azərbaycan gör nə qədər ciddi və güclü partnyordur ki, Davos İqtisadi forumunun Bakıda keçirilməsinə razılıq verib. Bu da təbii ki, ölkə prezidenti cənab İlham Əliyevin şəxsi nüfuzundan, onun apardığı səmərəli işin uğurlu nəticəsindən xəbər verir. Bu forumlar vasitəsilə biz dünyaya özümüzü bir daha təqdim etməliyik. Davos İqtisadi forumunun paytaxt Bakıda keçirilməsi bütün dünyanın diqqətinin Azərbaycana yönəlməsi deməkdir. Belə olan təqdirdə bu ölkəmiz üçün çox ciddi əhəmiyyət kəsb edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB