Səfir rəhbərlə nəyi müzakirə edib?

Səfir rəhbərlə nəyi müzakirə edib?

Azərbaycanın İsveçrədəki səfıri Əkrəm Zeynallı İsveçrənin Federal Mədəniyyət Departamentinin rəhbəri Jan-Frederik Juslinlə görüşüb. Bu barədə SİA-ya Azərbaycan Xarici İşlər nazirliyinin mətbuata xidmətindən məlumat verilib.

19 mart 2013-cü il tarixində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfıri Əkrəm Zeynallı İsveçrə Konfederasiyasının Federal Mədəniyyət Departamentinin rəhbəri, nazir Jan-Frederik Juslin ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilərək, federal və kantonlar səviyyəsində mədəni əlaqələrin genişləndirilməsinin zəruriliyinə diqqət yönəldilib.

Söhbət zamanı Azərbaycan mədəniyyətinin İsveçrə Konfederasiyasında təbliği məsələsinə toxunularaq, gələcəkdə Konfederasiyada müxtəlif səpkili mədəni tədbirlərin keçirilməsinə dair razılıq əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə