Livanın baş naziri öz istefasını belə izah edib

Livanın baş naziri Nəcib Mikati başçılıq etdiyi hökumətin istefa verdiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, N.Mikati deyib: "Mən hökumətə istefa verdiyimi bildirirəm. Hesab edirəm ki, bu addım ən böyük siyasi bloka məsuliyyəti bölüşərək, Livanı qeyri-müəyyənlikdən çıxarmağa yardım edəcək".

Müşahidəçilərin qənaətincə, onun istefasına səbəb doğma şəhəri Livanın Tripolisində Suriya ilə bağlı olayların dayanması göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə