Terrorizm və ekstremizmin müxtəlif formalarının artması beynəlxalq aləmdə ciddi narahatlıq yaradır. SİA-nın verdiyi xəbərə görə, bu fikirləri MDB-nin içraçı katibi Serqey Lebedev Bakıda keçirilən "Terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyada terrorizm, qanunsuz narkotik və silah dövriyyəsi, dini ekstremizm daha geniş miqyas alır: "Bu problemlərlə MDB ərazisində də qarşılaşırıq. MDB digər beynəlxalq təşkilatlarla birgə bu mənfi hallara qarşı mübarizə aparır. Terrorizmlə beynəlxalq mübarizəni dəstəkləyən dövlət başçılarının və təşkilatların səviyyəsində bir sıra qərarlar qəbul edilib. Lakin bu sahədə xüsusi hüquqi bazanı yaratmaq, bu sferada qanunvericiliyi kəskinləşdirmək lazımdır. Bakı konfransı terrorizmlə mübarizədə daha bir addım olacaq, bu sahədə birgə qərarların qəbul edilməsinə yardım edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB