Türkiyənin 7 generalı Azərbaycanda

Türkiyənin 7 generalı Azərbaycanda

Türkiyə Silahlı Qüvvələrinin zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib. SİA-nın xəbərinə görə, nümayəndə heyətində quru qoşunları, hərbi hava, hərbi dəniz qüvvələri, Silahlı Qüvvələrin Baş Qərargahının və digər qoşun növlərinin 21 zabiti təmsil olunur. Zabitlərdən 7-si generaldır. Səfər çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi qurumlarında görüşlər keçiriləcək, görüşlərdə qarşılıqlı hərbi əməkdaşlığın müxtəlif aspektləri üzrə müzakirələr aparılacaq.

Qeyd edək ki, səfər martın 15-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə