Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev xidmətə işə yeni qəbul olunmuş gənc əməkdaşlarla görüşüb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, nazir müavini gənc əməkdaşlara son vaxtlar ədliyyə sistemində həyata keçirilən islahatlar barədə məlumat verib.
Sonra işə yeni qəbul edilmiş gənc əməkdaşlar Penitensiar Xidmətin tarix muzeyində maraqlı eksponatlarla tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB