Türkmənistanın Avropaya qaz satması şübhə altındadır

Türkmənistanın Avropaya qaz satması şübhə altındadır

"Türkmənistanın Azərbaycan ərazisii vasitəsilə Avropaya qaz satması ciddi şübhə altındadır". SİA-nın verdiyi xəbərə görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu 2013-cü ilin fevral ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Türkmənistan prezidentinin atdığı məlum addımlar onun belə bir fikirdə olmadığını göstərir: "Türkmənistana səfər edən Ukrayna prezidenti Viktor Yanukoviçin əsas məqsədi Türkmənistandan qaz almaq idi. Türkmənistan qazını almaqla Ukrayna Rusiya qazından asılılığını azaltmaq məqsədi güdür".

Bütün xəbərlər Facebook səhifəmizdə