Təəssüflər olsun ki, ABŞ səfiri ictimai rəyə təsir imkanları aşağı olan və özünü məsləhət bildiyi siyasi partiyalarla görüşlər keçirir. Bunu SİA-ya açıqlamasında "Yurddaş" partiyasının sədri Mais Səfərli ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morniqstarın bir sıra müxalifət partiyalarının liderləri ilə görüşlər keçirməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ABŞ səfirinin siyasi partiyalarla hər hansı bir formatda görüşlər keçirməsi ictimaiyyətə aydın deyil: "ABŞ səfirinin bəzi siaysi partiyalarla keçirdiyi görüşlərdə qaranlıq qalan məqamlar çoxdur. Burda əsas məsələ görüşlərin bağlı qapılar arxasında, mətbuatsız keçirilməsidir. R.Morninqstar ABŞ-ın ölkəmizdəki elçisidir. Onun hakimiyyətə iddialı partiyalarla qapalı qapılar arxasında görüşlər keçirməsi yolverilməzdir. Əgər söhbətlər demokratik islahatlardan gedirsə hər bir dövlətin demokratik islahatlara ehtiyacı var. Burda məsələ bu proseslərdən gedirsə görüşlər açıq qapılar arxasında keçirilməlidir. Qapalı görüşlər hərbi müşavirələr zamanı keçirilə bilər. Ancaq hər hansı bir diplomatik nümayəndənin siyasi partiyalarla qapalı qapılar arxsaında görüşlər keçirməsi yol verilməzdir. Hətta cənab prezident İlham Əliyev də Nazirlər Kabinetinin iclaslarını mətbuata açıq şəkildə keçirir və bütün detalları ilə ictimaiyyətə məlumatlar verilir. Buna görə də ABŞ səfirinin siyasi partiyalarla gizli görüşlər keçirməsi cəmiyyətdə sual doğurur. Bu nə beynəlxalq hüquq normalarına nə də Azərbayvanın konstitusiya normalarına uyğun deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB