Rusiya ilə Amerikanın arasında sürət götürən növbəti qalmaqalın içərisinə çoxlu siyasət və ura-patriotizm qarışınca hətta ingilis analarını da ayağa qaldırıb rəsmi Kremlin üzərinə yönəldiblər. Övladlığa götürülmüş 3 yaşlı Maksim Kuzminin ölməsi ətrafında qarşılıqlı ittihamlar davam etmkədə,yeni ictimai qüvvələr bu prosesə qoşulmaqdadır. Lakin Rusiya daxilində on minlərlə himayəyə ehtiyac duyanlara hansı qadağa qoyulsa da dünya ölkələri öz övladlarını Amerikanın himayəsinə verməkdə tərəddüd etmirlər.
2012-ci ilin nəticlərinə görə Çin, Efiopiya, Cənubi Koreya və Ukrayna dövlətləri Rusiya ilə birgə ilk beşliyi təşkil edirlər və onların heç birində belə isterik kampaniyalar aparılmır.
Ukraynada 25-mindən artıq uşaq onlara sahib çıxacaq şəxsləri gözləyir. Lakin ən təzadlısı odur ki,əksər postsovet xalqları sağlam uşaq axtarışında olurkən Amerika ailələri əqli və fiziki qüsurlu azyaşlıları da yüksək təminatları içərisinə daxil edir və hətta bununla bağlı valideynlərə müxtəlif öhdəliklər də imzalatdırır. Orada heç də uşağı olmayan ailələr deyil, imkanları geniş olanlar belə xoşməramlı əməliyyatdan faydalanmağa üstünlük verirlər. Bir sözlə fakt budur ki, okeanın o tayında belə "övladların" gələcəyi yerli sakinlərdən daha təminatlı və uğurludur. Bunu ruslar inkar edə bilməzlər.
Əlbəttə, burada çoxlu gizli maraqlara, korrrupsiya hallarına, satılmaya və transplantasiya niyyələrinə də aparıb çıxaran sövdələşmələr tapmaq mümkündür. Lakin hazırki dövrdə rus uşaqları Putin vətənpərvərliyinin qurbanına çevriliblər. Onlar nə öz ölkələrində yaşaya bilirlər, nə də başqa anaların himayəsinə verilirlər.
Ədalət ondadır ki, hər bir uşaq öz milli dövlətində yaxşı yaşaya bilsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB