Elman Nəsirli: “Rusiyanın Ermənistana hərbi dəstəyi daha da genişlənib” ŞƏRH

Elman Nəsirli: “Rusiyanın Ermənistana hərbi dəstəyi daha da genişlənib” ŞƏRH

Təəssüf ki, münaqişələrin həllində vasitəçi, tərəfsiz, neytral mövqedə dayanmalı olan dövlətlər Amerika (ABŞ), Rusiya və Fransa öz statuslarına uyğun olmayan davranış nümayiş etdirirlər. Bunu SİA-ya Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli ATƏT-in Minsk qrupuna vasitəçi olan ölkələrin Azərbaycana qarşı təzyiqlərinə şərh verərkən belə deyib.

Politoloqun sözlərinə görə, Rusiya Ermənistandan bir vasitə kimi istifadə edərək onu əlində saxlamağa çalışır: "Məlumdur ki, Ermənistan Rusiyanın bir forpostu, yəni quberniyasıdır. Amma son vaxtlar Rusiyanın Ermənistana hərbi dəstəyi daha da genişlənib. Amerika (ABŞ) və Fransaya gəldikdə isə onların da ənənəvi olaraq ermənilərə dəstəyi danılmaz faktdır. Xüsusilə hər iki ölkədə güclü erməni lobbisi vardır. Tək ABŞ-da 1 milyona yaxın erməni yaşayır. Fransada isə bu rəqəm 100 min təşkil edir. Təbii ki, bu sayın özü də həlledici məsələdir. Əsas olan odur ki, onlar burada güclü maliyyə, iqtisadi imkanlara malikdirlər və bundan da çox məharətlə istifadə edirlər. Bu insanlar hazırda çalışırlar ki, qondarma erməni soyqırımın yüz illiyini dünyada təmtəraqlı şəkildə qeyd etsinlər. Hətta ermənilər tək 2015-ci ilə deyil, 2014-cü ilə də çox ciddi şəkildə hazırlaşırlar. Çünki həmin ildə Birinci Dünya müharibəsinin başlanmasının yüz illiyini əhatə edir".

Bütün xəbərlər Facebook səhifəmizdə