Türkiyəli səfir: “Mən bu məsələdən xəbərdar deyiləm"

Türkiyəli səfir: “Mən bu məsələdən xəbərdar deyiləm"

"Mən bu məsələ barədə xəbərləri mətbuatdan izləmişəm, detallardan xəbərdar deyiləm. Hadisə ilə bağlı təhqiqat gedirsə, bu barədə suallara onu aparanlar cavab verə bilərlər".

SİA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Ankarada Xocalı soyqırımının ildönümü ilə bağlı qurulan stendlərin dağıdılması barədə jurnalistlərin suallarına cavab olaraq deyib.

"Önəmlisi odur ki, biz Türkiyə Cümhuriyyəti olaraq Azərbaycanın yanındayıq. Türkiyə Xocalı şəhidlərini hər zaman anır, biz Azərbaycanın dərdlərinə hər zaman şərikik",- deyə səfir qeyd edib.

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə