Suriya xarici işlər nazirliyi: “Silahlı müxalifətlə görüşməyə hazırıq”
Bəşər Əsəd geri addım atdı

Suriyadakı böhranın həlli ilə bağlı Rusiya rəsmiləri ilə görüşən Suriya xarici işlər naziri Vəlid Mualim, sülh prosesi çərçivəsində silahlı müxaliflərlə də görüşməyə hazır olduqlarını bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbər görə, Suriya hökumətinin "dialoq tərəfdarı olan hər kəslə"danışıqlar apara biləcəyinin deyən Rusiya xarici işlər naziri Sergey Lavrov, qarşıdurmanın davam etdiyi təqdirdə ölkənin məhv olmasının qaçılmaz olduğunu bildirib.

Qeyd edək ki, açıqlamalar görüşdən sonra keçirilən mətbuat konfransında səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə