İsmayıl Alpər Coşqun: “Abdulla Gülün təbriki sadəcə protokol qaydadır”

"Dağlıq Qarabağ məsələsində beynəlxalq arenada Azərbaycanın yanında Türkiyədən daha fəal, daha qərarlı bir ölkə yoxdur". SİA-nın verdiyi xəbərə görə, bunu Türkiyənin Azərbaycancandakı səfiri İsmayıl Alpər Coşqun Türkiyə Prezidenti Abdullah Gülün Ermənistanda prezident seçkilərinin nəticələri tam açıqlanmamış Serj Sarkisyanı təbrik etməsinə dair jurnalistlərin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ məsələsinin həllində Türkiyənin yanlarında olduğunu unutmamalıdır: "Təbrikə gəlincə isə bu məsələdə heç bir hissə qapılmaq lazım deyil. Bu, sadəcə protokol qaydadır".

Bütün xəbərlər Facebook səhifəmizdə