Sədr: “Düşünürəm ki, növbəti illərdə bu kimi aksiyalar…”

Sədr: “Düşünürəm ki, növbəti illərdə bu kimi aksiyalar…”

"Məlumdur ki, Dünya azərbaycanlıları Gənclər birliyi bir neçə müddət öncə Xocalı faciəsi ilə bağlı Amerikanın (ABŞ) Ağ evinin rəsmi səhifəsində imzatoplama kampaniyasına başlayıb. Həmin kampaniya fevralın 12-də uğurla öz missiyasını başa vurub. Güman edirəm ki, yaxın müddətdə Ağ evin rəsmi mövqeyini dinləmək üçün bəyanat veriləcək". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər birliyinin sədr müavini Ramin Məmmədov Xocalı faciəsi ilə bağlı aparılan təbliğat işlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hətta ötən gün ABŞ-ın Azərbaycandakı səfiri bununla bağlı öz fikrini söyləyib: "Bu təbii ki, Xocalı soyqırımı ilə bağlı Azərbaycan gəncliyinin bir uğurudur. Bununla belə, biz ümumi dövlət siyasəti çərçivəsində aparılan işlərə cüzi də olsa müəyyən təkan verə bilərik. Düşünürəm ki, növbəti illərdə bu kimi aksiyalar, bəyanatlar "Xocalıya Ədalət" kampaniyası çərçivəsində daha arqumentli, güclü yanaşmağımıza imkan verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə