Mübariz Qurbanlı: "Gözəl misalımız var: Uman yerdən küsərlər”

Mübariz Qurbanlı: "Gözəl misalımız var: Uman yerdən küsərlər”

"Türkiyə prezidenti Abdulla Gülün saxtakarlıqla yenidən Ermənistanın prezidenti seçilən Serj Sarkisyanı ilk təbrik etməsi çox təəssüf edici hal oldu. Bizim gözəl bir misalımız var: Uman yerdən küsərlər". SİA-nın məlumatına görə, bunu YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistanda baş tutan prezident seçkilərində bir çox qanun pozuntusu qeydə alındı: "Əminəm ki, bizi beynəlxalq təşkilatlarda təmsil edən deputatlarımız tərəfindən bu detallar istifadə olunacaq. Seçkilərdə Serj Sarkisyan saxta yolla yenidən prezident seçildi. Tükiyənin prezidentinin də onu ilk təbrik etməsi hamını çox təəccübləndirdi. Əgər bu hərəkəti Rusiya tərəfi etmiş olsa idi, onları başa düşmək olardı. Ancaq qardaş ölkənin belə etməsi heç düzgün deyildi".

Bütün xəbərlər Facebook səhifəmizdə