Seymur Orucov: "Saxta seçkilərin saxta prezidenti”

Seymur Orucov: "Saxta seçkilərin saxta prezidenti”

"Ermənistan heç vaxt müstəqil bir dövlət kimi dünyada tanınmayıb. Tarixə də nəzər salsaq görərik ki, Ermənistan hər zaman hansısa ölkənin vassalı olub. Bütün bunlara əsaslanaraq nəinki orada keçirilən seçkiləri, eləcə də seçiləcək prezidenti saxta hesab edirəm". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov bu gün Ermənistanda keçirilən prezident seçkilərinə münasibət bildirərkən deyib.

Gənclər Birliyinin sədri onu da qeyd edib ki, Ermənistan dünyanın ən pis nümunəsidir: "Əgər hansısa dövlətə az da olsa qiymət verilmirsə, o zaman orada hansı şəffaf seçkidən söhbət gedə bilər?! Ümumiyyətlə, Ermənistanda şəffaflıq və ya hansısa ədalət prinsipindən söhbət gedə bilməz. Təkcə seçkilərdə deyil, istənilən məsələdə Ermənistan prezidentinin saxtakarlığı və riyakar qərarları hər zaman göz önündə olub. Belə bir prezidentin ölkəsində şəffaf seçki keçirilməsi məsələsi gözlənilən deyildi. Yəni, bugünkü seçkidə əslində heç bir məqama təəccüblənmək lazım deyil. Serj Sarkisyan saxta seçkilərin saxta prezidentidir".

Bütün xəbərlər Facebook səhifəmizdə