Rüstəm İbrahimbəyov Əkrəm Əylislinin tərəfində yox, Ə.Əylisli onun tərəfindədir. Bunu SİA-ya açıqlamsında millət vəkili Musa Quliyev R.İbrahimbəyovun Əkrəmin tərəfində olması ilə bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, R.İbrahimbəyov bir neçə il bundan öncə öz tərəfini müəyyən edib: "Rüstəm İbrahimbəyov bəyanat verdi ki, Azərbaycanda elita yoxdur. Elita ruslar, yəhudilər və ermənilər Azərbaycandan gedəndə yox olub. Yəni bu şəxs Azərbaycanı elita yetişdirə bilməyən bir xalq adlandırdı. Bununla da bu xalqdan oladığını ortaya qoydu. Onun yaratdığı və özü kimi insanların da başına yığıldığı "Ziyalılar Formu" da məhz Rusiyadakı müxtəlif təşkilatların diktəsi ilə otutub-duran, Azərbaycanda sabitliyi pozmağa yönələn bəyanatlar verən təşkilatdır. Nə Rüstəm İbrahimbəyov, nə də ki, Əkrəm Əylislinin Azərbaycana qarşı olduqları heç kəs də şübhə doğurmur. Ona görə də onların bir-birinin yanında olması təbiidir. R.İbrahimbəyov bəyənat versəydi ki, Ə.Əylisliyə qarşıyam bu daha təəccüblü olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB