Radikal müxalifət də onun kimi millətinə və dövlətinə düşmən kəsilib
Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən millət vəkilləri, partiya təmsilçiləri və müstəqil politoloqlar "İctimai palata"nın və "Ziyalılar forumu"nun "Daş yuxular"la bağlı zıddiyətli mövqeyinə münasibət bildiriblər. SİA həmin açıqlamaları təqdim edir.
Milli Məclisin vitse-spikeri Bahar Muradova:
- Yüksək təltifləri olan bir insan məqsədyönlü şəkildə nöqsanlara yol verilibsə buna münasibətlər də uyğun səviyyədə bildirməlidir. Buna siyasətçilər də, ziyalılar da, ictimai xadimlər də, sıravi vətəndaşlar da münasibətini bildirməlidir. Cəmiyyət də hazırda Əkrəm Əylislini "Daş yuxular" kitabına bu mövqeni nümayiş etdirir. O ki, qaldı ayrı-ayı siyasətçilərin öz siyasi maraqlarından çıxış edərək buna münasibət bildirməməsinə və yaxud fikir bildirdikləri halda onu hansısa şərtlərlə bağlamasına bu onu göstərir ki, burda konyuktura əlamətləri yox deyildir. Bəzi dairələr bunu öz siyasi məqsədlərinə alət etmək istəyirlər. Bu da açıq şəkildə gözə çarpır. Mənim Milli Məclisdə çıxışımda ilk müraciətim olmuşdu ki, buna hər kəs münasibət bildirməlidir. İlk növbədə ziyalılar son vaxtlar bir çox məsələlərə münasibət bildirirlər və gözlənilən də bu idi ki, bu məsələ də diqqətdən kənarda qalmayacaq. İstər fərdi şəkildə, istər ümumi müzakirə nəticəsinə buna münasibət bildirəcəklər. Amma çox təəssüf ki, dünyanın hər yerində, o cümlədən Azərbaycanın bütün regionlarında gündəlik baş verən ən xırda hadisələrdən xəbər tutan bu şəxslər "bu kitabı oxumamışıq" deyib əsərin müdafiəsinə qalxırlar. Çox haqsız olaraq da əsəri oxuyaraq orada yazılanlara, Azərbaycan xalqına və onun mənafeyinə yönəlmiş fikirlərə qarşı haqlı olaraq etiraz səsini qaldıranları da əsəri oxumamaqda ittiham edirlər. Oxumadıqları əsəri tərifləyirlər, oxuyan adamın fikirlərini süngü ilə qarşılayırlar. Gözləmək olardı ki, onlar hamıdan tez, çevik və obyektiv münasibət bildirəcəklər. Çünki bu insanlar özlərinə ziyalı deyirlər. Düşünürdük ki, "Ziyalılar Forumu" deyilən bir qurumda birləşənlər həmkarlarının bu fəliyyətinə, bu işinə onun yaxşı əsərlərini dəyərləndirdiyi kimi, qüsurlu əsərininin də qüsurlu olduğunu açıq şəkildə söyləyəcəklər. Cəmiyyətin də istədiyi budur. Əkrəm Əylisli Azərbaycan xalqına, onun tarixinə, keçmişinə zərərli bir addım atıb. Bu baxımdan əsər ictimai rəydə haqlı olaraq qınaqla qarşılanır.
Millət vəkili Fəzail İbrahimli:
- Əkrəm Əyrisli bir məhkəmə yaratdı ki, burada özü üçün mənəvi həbsxana hökmünü verdi. O, dövlət tərəfindən bir sıra adlara nail olmuş insan idi. Ciddi yazıçı kimi xalqın nəzərində kifayət qədər qalmışdı. İnsanların gözündə müəyyən bir obraza sahib olan bu insan özü-özünə bu həbsi verdi. Artıq o "Xalq yazıçısı" adını daşımağa layiq deyildi. "Xalq yazıçısı" o adama verilir ki, xalqın obrazını əsərlərində yarada bilsin, xalqın istəyini ifadə edə bilsin. Əkrəm Əyrisli isə xalqın əlehinə olan addım atdı, bu səbəbdən də cənab Prezident onu "Xalq yazıçısı" adından məhrum etdi. Hətta o alınmasa belə xalq artıq ondan imtina etmişdi.
- Ya Əkrəm Naibov olsun, ya da "İctimai Palata" bunlar eyni tip insan və birlikdir. Ə.Naibova "İctimai Palata"nın qahmar çıxması ümumiyyətlə, anlaşılandır. Məqsədləri isə aydındır. Azərbaycanın hərtərəfli inkişafı və bu inkişafın pik həddə çıxmasını sözsüz ki, o insanlar qəbul edə bilmir. Bu gün Azərbaycanın inkişafı "İctimai Palata"nı və onların maddi və mənəvi dəstək aldıqları qüvvələri çox ciddi narahat edir. Ə.Naibovun "Daş yuxlular" romanına Azərbaycan cəmiyyəti öz etrazını bildirdi. Bu mövqe cəmiyyətin gözü qarşısında oldu. Həqiqətən də bu əsəri müdafiə edənlərin də cox ciddi qüsurları var. Maraqlıdır "İctimai Palata"nın hərəkətlərindən, mövqeyindən bəlli olur ki, o insanlar əl oyuncaqlarıdır. Kimlərinsə sifarişləri ilə addım atır. Bu gün hər kəs bilir ki, "İctimai Palata" və ona oxşar birliklər Azərbaycanı sevməyən qüvvələrə xidmət edən barmaqla sayılan insanlardan ibarətdir. Orda burda 3-5 nəfərin toplanması da heç kimi narahat etmir. Elə insanlar var ki, maskalanıblar. Vaxt olacaq ki, cəmiyyət o insanların da üzünə tüpürəcək.
YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov:
- Əkrəm Naibovun "Daş yuxular" romanı cəmiyyətdə səs-küylə qarşılanması təsadüfi deyil. Çünki burda Azərbaycan tarixinin saxtalaşdırılmasından söhbət gedir. Ə.Naibov bu romanı yazarkən milli ruhdan çox kənar olub. Özü bu romana haqq qazandırmağa bir yana, hətta ölkədə bu romana haqq qazandıranlar da var. Bu qəbuledilməzdir. Bütün Azərbaycan xalqı buna etiraz edir. Bədnam "İctimai Palata"nın və "Ziyalılar Forumu"nun bu əsərlə mövqeyi aydındır. Belə bir yanaşma milli maraqlarımıza uyğun deyil. "İctimai Palata" yarandığı gündən bu günə qədər milli maraqlara uyğun addım atmayıb və bu məsələdə də onların anti-Azərbaycan mövqedən çıxış etməsi təəccüblü deyil. Çünki onlara verilən bütün sifarişlər Azərbaycanın əlehinə yönəlib. İstər "İctimai Palata", istər "Ziyalılar" Forumu, istərsə də anti-Azərbaycan meyilli qüvvələrin təmsil olunduğu başqa birliklər olsun, onlar bu əsərin müdafiəsinə qalxmaqla sübut edilər ki, bizim məqsədimiz xalqın milli maraqlarına zidd addımlar atmaqdır. Əgər hansısa şəxs o təşkilatlarda təmil olunub, "Daş yuxlular" romanını tənqid etsə belə, onun da səmimiyyətinə inanmaq çətindir. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Ə.Naibovun "Xalq yazıçısı" adından və Prezidentin fərdi təqaüdündən məhrum edilməsi bir daha göstərdi ki, xalqın iradəsinə ölkə rəhbəri hörmətlə yanaşır. Ə.Naibov düşünməsin ki, ermənilərin maraqlarına xidmət edən bir əsər yazmaqla Azərbaycan dövlətinin apardığı siyasətə təsir edəcək. Bu əsla belə deyil. Xalqla və ölkə rəhbərinin mövqeyi eynidir. Bu mövqe isə ədalətli və beynəlxalq hüququn prinsiplərinə sadiqliyinin göstəricidir.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu:
- "İctimai Palata" xalqın qəbul etmədiyi təşkilatdır. Bu təşkilat anti-Azərbaycan mərkəzlərin proyektidir. Eyni zamanda maddi və ideoloji resurs etibarilə onlardan bəhrələnir. Ona görə də təccüblü deyil ki, "İctimai Palata" Əkrəm Naibovun Azərbaycan tarixinə böhtan atan əsərinə haqq qazandırıb. Bu hadisənin özü də göstərir ki, Ə.Naibovun və "İctimai Palata"nın qidalandığı mənbə eynidir. Onlar eyni yerdən alınan sifarişlə sinxron hərəkət edirlər. Azərbaycan cəmiyyəti bu məsələnin fərqindədir ki, anti-Azərbaycançı mərkəzlər erməni lobbisi ilə sıx əlaqədə işləyir. Onların birgə fəaliyyəti də Azərbaycanın milli maraqlarına zərbə vurur. Qarabağ probleminin həlli yoluna problemə çevrilir. Yayılan məlumatdan görülür ki, bu kitab həm "İctimai Palata"da və həm də "Ziyalılar Forumu"nda müzakirə olunub. Özünü Azərbaycan ziyalısı adlandıranlar buna etiraz etməyiblər, elə fəlakət də bundadır. Demokratik cəmiyyətdə müxalifət də olmalıdır. Çünki bu demokratik cəmiyyətin atributlarından biridir. Bu müxalifətçilik dövlətə və xalqa qarşı müxalaifətçi mövqe tutursa, xalqın millətin min illərdən bəri mənimsədiyi dəyərlərə qarşı çevrilirsə, artıq bu müxalifətçilik yox, düşmənçilikdir. Hesab edirəm ki, Eldar Namazovun da ölkədə siyasi proseslərə münasibəti müxalifətçilik yox, düşmənçilikdir. Çünki onun mövqeyi ilə hər hansı ermənin mövqeyi heç bir fərqi yoxdur. Ona görə də Azərbaycan cəmiyyəti bu ünsürləri qəbul etmir, rədd edir.
Şair Vüqar Əhməd:
- Əkrəm Naibov 80-ci illərdə yazmışdı ki, Bakıdakı qadınlar əxlaqsızdır. Öz həyat yoldaşı başqa millət olduğu üçün bu sözü deyirdi. Mən bu əsəri həm rus dilində, həm də əsərin Azərbaycan dilinə tərcümə edilmiş müəyyən hissələrini oxudum. Bu ümumilikdə türklərə qarşı yazılmış bir əsərdir. Mənə elə gəlir ki, bu əsər sifarişlidir. Onun kökü ermənidirsə ondan incimək lazım deyil. Nə də onu qəhrəmana çevirmək lazım deyil. Mənə bir faktı deyiblər ki, Əkrəm Naibov ermənidir. Bu əsərə heç bir halda haqq qazandırmaq mümkün deyil. Onda qalsın ki, bu əsəri müdafiə edənlərə. Əgər biz bunun erməni olduğunu qeyd ediriksə, o zaman erməninin "İctimai Palata"da nə işi var? Ölkədə yazıçı sərbəstliyi olmalıdır və bizim ölkəmizdə də bu sərbəstlik var. Amma söhbət milli məsələdən gedirsə sözsüz ki, xalqın iradəsi əsasdır. Bu əsərdə ermənilərin azərbaycanlılara qarşı illərdir soyqırım siyasətindən bəhs edilməyib. Mən "Qarabağ" romanını yazmışam, həmin romanda genosid məsələsini bir daha qabartmışam. Şəxsən mən ona xalqımızın düşməni kimi baxıram. Ə.Naibovu itirməklə ədəbiyyatımız heç nə itirmir. Bu əsəri müdafiə edənlər də yalnış yolun yolçularıdır.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:
- Nə üçün "İctimai Palata" Əkrəm Əyrislinin romanı haqqında gec və ikibaşlı reaksiya verdi? Gec reaksiya verməyinin birinci səbəblərindən biri ondan ibarətdir ki, onlar həm ictimaiyyətin fikirlərinin necə olacağını gözlədilər və eyni zamanda beynəlxalq təşkilatların belə kitabların yazılmasında maraqlı olan erməni diasporu ilə əlaqədə olan qurumların reaksiyası idi. Əkrəm Əyrisli bu kitabı yazanda belə reaksiyaların olmasını planlaşdırmışdı və maraqlı qüvvələr bu kitabın ərsiyə gəlməsində maraqlı idi. Məhz bu səbəbdən də "İctimai Palata" həmin o reaksiyaları gözlədi, ictimai qınaqlar da kəskin olduğundan onlar məcbur olub əsəri tənqid etdilər. Azərbaycan xalqı kəskin reaksiya verməsəydi çox güman ki, "İctimai Palata" da bu məsələ ilə bağlı "Ziyalılar Forumu" kimi susqun qalacaqdı. Bəzi beynəlxalq təşkilatlar kimi mövqe ortaya qoyacaqdı. Göründüyü kimi proseslər onların istəklərinə uyğun getmədiyinə görə ikili bəyanat verməyi məqsədəuyğun saydılar. Həm ictimai qınaqdan qaçmaq üçün, həm də beynəlxalq təşkilatların erməni diasporunun maraqlarını təmin etməkdən ötrü.
"Ziyalılar Forumu" bu məsələni müzakirə etmişdi. Susqunluğunun birinci səbəbi ondan ibarət idi ki, bu foruma daxil olan Əkrəm Əyrislinin belə bir əsər yazması ilə təbii ki, nəticə etibarı ilə ictimai qınağı göz önünə almışdılar. Digər tərəfdən onların bu əsərin ortaya çıxmasında da maraqlı olmaları ehtimal edilə bilər, çünki Rüstəm İbrahimbəyovun verdiyi açıqlamanı xatırlasaq görərik ki, orada deyilirdi ki, "Ermənilər Bakıdan köçəndən sonra Bakının mühiti dəyişib. Yəni qaçqınlar gəlib Bakını əyalətə çeviriblər" bu fikirlər ictimaiyyət tərəfindən sərt qarşılanmışdı. Bu fikirlərin üst-üstə düşməsi bir daha göstərir ki, Ziyalılar Formundakı insanların mövqeləri oxşardı. Burada fikirlər prinsip etibarı ilən üst-üstə düşür. Hər iki qrupun dünyagörüşü, təfəkkürü eynidi, Azərbaycanın maraqlarına nə ziddisə onları etməyə çalışırlar. Bunlar Azərbaycana qarşı düşmən mövqedə dayanan, ölkəmizi təsir etmək istəyən qüvvələrin maraqlarına nə uyğundursa onun tərəfində dayanırlar. Bunlar üçün nə dövlətçilik anlayışı, nə də ki, millətin, xalqın maraqları, ərazi bütövlüyü məsələsi öndə gedən məsələ deyil. Bu insanlar üçün ancaq siyasi maraqlar öndə gedir.
Rusiyada Moskvada baş verən proseslərin içərisində olan Söyün Sadıqovun iştirakı ilə ermənilərlə keçirilən görüşlərin dolayısı ilə hamısı ermənilərin maraqlarına xidmət edir.
Babək Hacıyev,
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Merz bir ildən sonra ilk dəfə Kiyevdə
Dünya 11:57BMT Konqresində bu dövlətlərə söz verilib
Siyasət 10:29İran səfiri Gürcüstanı niyə qəzəbləndirdi? - AKTUAL
Siyasət 10:04İngilislərdən çexlərə 7:0 hesablı FUTBOL DƏRSİ!
İdman 06:05Diş həkiminə görə arvadını bıçaqladı...
Hadisə 05:04Gürcüstan 1 ildə fındıq satışından 188 milyon dollar qazanıb...
İqtisadiyyat 04:22Ermənistanın törətdiyi Gəncə terrorundan 6 il ötür
Siyasət 03:05Mirzoyan bu gün İrana gedir
Siyasət 02:25Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
Sosial 00:03"Cənnətin iqamətgahı" filmi təqdim olunub
Mədəniyyət 3 Oktyabr 23:19ABŞ-da 6 nəfər sərnişin olan təyyarə radarlardan itib
Dünya 3 Oktyabr 23:03Sabah Bakının bu ərazilərində işıq olmayacaq
Sosial 3 Oktyabr 22:31"Turan Tovuz" "Fənərbaxça"ya uduzdu - YENİLƏNİB
İdman 3 Oktyabr 22:19İstanbulda geniş ƏMƏLİYYAT - 7 nəfər saxlanılıb
Dünya 3 Oktyabr 22:02İşlənmiş avtomobil bazarında mövcud ən etibarlı Audi modelləri...
Texnologiya 3 Oktyabr 21:52“Nostalji yox, yeni təcrübə...”
Dəb 3 Oktyabr 21:28Milli yaddaşdan milli gücə: dövlətçilik və mənəvi dəyərlərin vəhdəti
Siyasət 3 Oktyabr 21:10Ağılın aydınlığını qorumağa kömək edən uzunömürlü insanların vərdişi
Sosial 3 Oktyabr 21:0560 yaşdan yuxarı insanların yeməli olduğu üç növ balıq...
Sosial 3 Oktyabr 20:52Onun rusiyalı “bayker-casus” olduğu ortaya çıxıb...
Dünya 3 Oktyabr 20:28ISW: Putinin açıqlamaları halüsinasiyalara bənzəyir...
Dünya 3 Oktyabr 20:05Moskva özü Krım körpüsünə hücumlara yol açdı...
Dünya 3 Oktyabr 19:4915 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
Sosial 3 Oktyabr 19:37Rusiya ordusu Ukraynanın bütün cəbhələrində dayandırılıb...
Dünya 3 Oktyabr 19:27Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sosial 3 Oktyabr 19:24Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
Hadisə 3 Oktyabr 19:16“Rusiya onu nə gözlədiyini anlamır”..?
Dünya 3 Oktyabr 19:06Media: Lukaşenko “Taliban”a silah və dron satır...
Dünya 3 Oktyabr 18:51Moskva vilayətində kimya zavodunda yanğın olub, beş nəfər ölüb
Dünya 3 Oktyabr 18:45Pakistan tibb təhsili alan əfqan tələbələri ölkədən çıxarır..?
Dünya 3 Oktyabr 18:27Ən kütləvi təslim: Rusiyalı hərbçilər aclıq və tükənmədən danışıblar...
Dünya 3 Oktyabr 18:05Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 16 %-dən çox artıb
İqtisadiyyat 3 Oktyabr 17:28Zəfərdən sonra əsas məsələ
Siyasət 3 Oktyabr 17:223 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi
Siyasət 3 Oktyabr 17:17Yüksək dağlıq ərazilərə qar yağır
Sosial 3 Oktyabr 16:57Partiyamızın VIII qurultayı və qarşıda dayanan vəzifələr
Siyasət 3 Oktyabr 16:54DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var
Sosial 3 Oktyabr 16:06“Azərbaycanın beynəlxalq nüfuzu yeni reallıqlarla möhkəmlənir” -DEPUTAT DANIŞDI
Siyasət 3 Oktyabr 15:36“Azərbaycan uzun illər beynəlxalq enerji bazarında əsasən xam neft ixracatçısı kimi tanınıb“
Siyasət 3 Oktyabr 15:27"Ümummilli liderin qayıdışı Azərbaycanın inkişafında dönüş nöqtəsi oldu" - DEPUTAT
Siyasət 3 Oktyabr 15:08“Azərbaycanın enerji strategiyası regional və qlobal rolunu gücləndirir“ -DEPUTAT DANIŞDI
Siyasət 3 Oktyabr 15:07“YAP-ın yaradılması Azərbaycanın gələcək qələbələrinə yol açdı“ -DEPUTAT DANIŞDI
Siyasət 3 Oktyabr 14:59ADSEA intensiv yağışlar zamanı su toplantısının qarşısını almaq üçün tədbirlər görür
Sosial 3 Oktyabr 14:35"Heydər Əliyev siyasi kursu Azərbaycanın gücünün əsas dayağıdır" - DEPUTAT
Siyasət 3 Oktyabr 14:34“Orta Dəhliz Azərbaycanın qeyri-neft iqtisadiyyatının əsas dayaqlarından birinə çevrilə bilər” -İQTİSADÇI
İqtisadiyyat 3 Oktyabr 14:15Bakıda bir neçə yolda sürət həddi endirilib
Sosial 3 Oktyabr 14:06Cəbrayıl-Zəfərdən dirçəlişə - MƏQALƏ
Siyasət 3 Oktyabr 13:20"Bişmiş və çiy məhsullar soyuducuda bir-birinə yaxın saxlanılmamalıdır" - QİDA MÜTƏXƏSSİSİ
Sosial 3 Oktyabr 13:14Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Sosial 3 Oktyabr 13:06"Həddindən artıq dərs yükü uşaqların psixoloji yorğunluğuna səbəb olur" - PSİXOLOQ
Sosial 3 Oktyabr 13:05"Böyük Qayıdışın növbəti mərhələsində investisiya imkanları genişlənəcək" - POLİTOLOQ
Siyasət 3 Oktyabr 13:03"Azərbaycan ailəsi milli-mənəvi dəyərlərdən sanki uzaqlaşır" - SOSİOLOQ
Sosial 3 Oktyabr 12:57Sabah hava yağmurlu olacaq
Sosial 3 Oktyabr 12:36Zehni dözümlülüyü artıqmaq qaydaları
Sosial 3 Oktyabr 12:09Azərbaycan manatının nominal və real effektiv məzənnələri artıb
İqtisadiyyat 3 Oktyabr 11:54FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib - FOTOLAR
Sosial 3 Oktyabr 11:53Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb
Sosial 3 Oktyabr 11:29Batutçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar - FOTOLAR
İdman 3 Oktyabr 11:27İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib
Siyasət 3 Oktyabr 11:25Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk - Prezident
Siyasət 3 Oktyabr 11:09İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Siyasət 3 Oktyabr 10:583 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Siyasət 3 Oktyabr 10:50Bakıda köşk yanıb, 58 yaşlı kişinin meyiti aşkarlanıb
Sosial 3 Oktyabr 10:32ADY yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə çağırış edib
Sosial 3 Oktyabr 10:18İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
Siyasət 3 Oktyabr 10:06Azərbaycan nefti 124 dollara satılır
İqtisadiyyat 3 Oktyabr 09:33"Turan Tovuz" bu gün Bakıda "Fənərbağça" ilə üz-üzə gələcək
İdman 3 Oktyabr 09:16Bu gün Suraxanın bəzi ərazilərində işıq olmayacaq
Sosial 3 Oktyabr 05:04Bu ölkədə EBOLA tüğyan edir....
Dünya 3 Oktyabr 04:03Almaniyanın keçmiş Kansleri Rusiyada vəzifə aldı
Dünya 3 Oktyabr 03:22Messi rəsmən klub sahibi oldu!
İdman 3 Oktyabr 03:05Naxçıvanda ölümlə nəticələnən yol qəzası olub
Hadisə 3 Oktyabr 02:25Türkiyədə silahlı ATIŞMA -2 ölü, 5 yaralı var
Dünya 3 Oktyabr 02:02ABŞ-dan HƏMAS-a sanksiya "SÜRPRİZİ"
Dünya 3 Oktyabr 01:22Bu yolda sürət həddi endirildi- XƏBƏRDARLIQ
Sosial 3 Oktyabr 01:03Özəl xəbərlər
Digər xəbərlər“Azərbaycanın beynəlxalq nüfuzu yeni reallıqlarla möhkəmlənir” -DEPUTAT DANIŞDI
Siyasət 3 Oktyabr 15:36“Azərbaycan uzun illər beynəlxalq enerji bazarında əsasən xam neft ixracatçısı kimi tanınıb“
Siyasət 3 Oktyabr 15:27
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
+100,00%
-
EUR
1,9329
+100,00%
-
GBP
2,2461
+100,00%
-
RUB
2,0000
+100,00%



