İqtisadi göstəricilər olmadan tərəqqi əldə etmək mümkün deyil

İqtisadi göstəricilər olmadan tərəqqi əldə etmək mümkün deyil

"Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans çox əlamətdar hadisədir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, bu müşavirədə ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi, bu sahədə qazanılan uğurlara və eləcə də Azərbaycanın beynəlxalq aləmdə qazandığı nailiyyətlərə geniş bir yer verildi: "Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən inkişaf edən ölkələrindən biridir. Bunu bir çox beynəlxalq maliyyə qrumları da sübut edir. Bu faktlarla da öz əksini tapır. Azərbaycanın iqtisadi artım sürəti, istər iqtisadiyyatın göstəriciləri, istər əhalinin sosial rifahı halının yüksəldilməsi, istərsə də regionların sürətlə inkişaf etməsi, iqtisadi nəticələrin bir yekunudur. Çünki iqtisadi göstəricilər olmadan belə tərəqqi əldə etmək mümkün deyil. Bütün bu nəticələr iqtisadi nailiyyətlərdən doğan nəticələrdir. Azərbaycanda nəinki neft sektoru, bütün sahələrdə sürətli inkişaf gedir. Artıq ötən ilin nəticələrinə görə, Azərbaycanda qeyri-neft sektorunun artımı sürətlənir. Hesab edirəm ki, bu nailiyyətləri artırmaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə