"Paris görüşü də ürəkaçan olmayıb. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdəki son görüşü də nəticə baxımından fərqlənmir. Bizi razı salmayan bir ənənə yaranıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
O, Ermənistan xarici işlər nazirinin görüşdə nümayiş etdirdiyi mövqenin əvvəlki görüşlərdən fərqlənmədiyini deyib: "Ermənistan tərəfinə çatdırmaq istədiyimiz təkliflər bəlkə də heç düşünülmədən qəbul edilmədi. Eyni zamanda, qarşı tərəfdən bəzi kritik mesajların verildiyini də nəzərə alsaq, bəlkə də mənfi inkişafa doğru meyl hiss olunur. Minsk prosesinə yeni bir təşəbbüs verilməlidir. Azərbaycan tərəfi bu təşəbbüsü irəli sürüb. Təəssüflər olsun ki, Ermənistan buna müsbət cavab vermir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB