Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Almaniya Federativ Respublikasının sabiq xarici işlər naziri Hans Ditrix Genşer ilə görüşüb. SİA-nın məlumatına görə, görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin hazırkı durumu və perspektivləri müzakirə edilib.
Görüşdə həmçinin regional proseslərlə bağlı fikir mübadiləsi aparılıb, tərəflər Alman-Azərbaycan Forumunun fəaliyyətini, o cümlədən Forumun iki ölkə arasındakı münasibətlərin inkişafına verdiyi töhfəni yüksək qiymətləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB