Ermənistanda prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı törədilmiş sui-qəsd bu ölkədəki siyasi hakimiyyətin mahiyyətini göstərir. Bunu SİA-ya açıqlamsında Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, bu hadisə Ermənistanda keçiriləcək seçki prosesinə ciddi təsir göstərəcək: "Belə böyük bir cinayət hadisəsinə qarşı beynəlxalq ictimaiyyət yenə də susur. Ermənipərəstlik nümayiş etdirərək baş verən hadisəyə xüsusi diqqət yetirmir. Bundan əlavə bu Ermənistandakı seçkilərin legitimliyini şübhə altına alır. Əgər beynəlxalq təşkilatlar ədalətli olmağı bacarsalar keçirilən seçkilərin legitimliyi tanınmamalıdır. Bu hadisəyə münasibət bildirilməməsi ikili standartların nəticəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB