"Azərbaycanın gələcəyi İlham Əliyevin adı ilə bağlıdır və bu səbəbdən Cənab Prezidentin hakimiyyətdə qalmasını arzu edirəm"
"Ziyaylılar Forumu"nun təsisçisilərindən biri, kinodramaturq Rüstəm İbrahimbəyov son dövlər hakimiyyət əleyhinə kəskin ittihamları, müxtəlif mətbuat orqanlarına müsahibələri zamanı qarşıdan gələn seçkilərdə hakimiyyət dəyişikliyi olacağı haqqında açıqlamaları ilə diqqətə gəlir.
Uzun müddət hakimiyyətin alovlu təbliğatçılarından olmuş R.İbrahimbəyovun öz mövqeyini kəskin şəkildə dəyişməsi, birdən-birə qatı müxalifətçiyə çevrilməsi cəmiyyətdə ciddi şübhələr doğurur. Öz növbəsində R. İbrahimbəyov bunu ölkədə dəyişiklik istəməsi ilə əlaqəndirsə də, çoxları məhz xırda şəxsi maraqları təmin olunmadığına görə, bu cür mövqe ortaya qoyduğunu iddia edirlər.
Bu məqamda onu da xatırladaq ki, R.İbrahimbəyovun qardaşı, yazıçı Maqsud İbrahimbəyov da hakimiyyətin qatı tərəfdarlarından olub və parlamentdə təmsil olunub. Editor.az hazırki siyasi mövqeyi ilə tanış olmaq və qardaşının siyasi baxışları ilə ortaq olub-olmadığına dair suala cavab almaq üçün Maqsud İbrahimbəyovun öz ilə söhbətləşib.
O, Prezident İlham Əliyevi dəstəklədiyini söylədi: "Mən həmişəki mövqeyimdə qalıram. Düşünürəm ki, Azərbaycanın gələcəyi İlham Əliyevin adı ilə bağlıdır və bu səbəbdən Cənab Prezidentin hakimiyyətdə qalmasını arzu edirəm. Bu məqsədlə keçiriləcək seçki təbliğat kampaniyasında da iştirak etmək niyyətindəyəm".
"Qardaşınız isə hakimiyyətin dəyişməsini tələb edir. Onun bu açıqlamalarını necə qiymətləndirirsiniz?" sualına M. İbrahimbəyov sualla cavab verdi: "Rüstəmin neçə yaşı var?" Cavab gözləmədən də "hər halda 18-dən çoxdur" şəkilndə reaksiya verərək, bunun onun öz işi olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB