Gültəkin Hacıbəyli üçüncü qüvvənin kim olduğunu göstərdi

Gültəkin Hacıbəyli üçüncü qüvvənin kim olduğunu göstərdi

Ziyalılar Forumu adlanan qurumun üzvü Gültəkin Hacıbəyli yaranmaqda olan "EL" hərəkatının "3-cü qüvvə" kimi təşkilatlanma mərhələsindən keçdiyini deyi. Keçmiş deputat, hazırda daha çox müxalifətin mövqeyindən danışan xanım "EL" hərəkatının digər müxalifət partiyalarına rəqib olmadığını bildirib.

G.Hacıbəyli deyib ki, başqa qüvvələrdən fərqli olaraq "El" bilavasitə narazı olan seşicilərə müraciət edəcək ki, onları 3-cü qüvvə kimi görür: "İndiyədək elektoratın böyük bir hissəsi seçkilərdə passiv qalıb. 3-cü qüvvə məhz həmin seçicilərdir."

"Bəs həmin "3-cü qüvvəni" arxasınca aparmaq istəyən "El"lə digər siyasi partiyalar arasında rəqabət yaranmırmı" sualına G.Hacıbəyli mənfi cavab verib.

O, deyib ki, müxalifətin maraqları bu məsələdə üst-üstə düşür.

Gültəkin Hacıbəylinin sözlərinə görə, aparıcı müxalifət partiyaları "EL"in yaranmasına müsbət yanaşmanı göstəriblər. Yeni ümumilli hərəkatın yaradılacağını Ziyalılar Forumunun həmtəsisçisi Rüstəm İbrahimbəyov elan etmişdi. "El"in təşkilatçılarından olan Eldar Namazov müsahibəsində təşkilatın "sədri, İdarə Heyəti, Məclisi, hər bir seçki dairəsi üzrə nümayəndələri"nin olacağını bildirib (BBC).

Bütün xəbərlər Facebook səhifəmizdə